Xəbərlər
Polis 24 saat ərzində fövqəladə vəziyyət rejiminin pozulması ilə bağlı 158 fakt müəyyən edib

Son 24 saat ərzində hüquq mühafizəçiləri tərəfindən aparılan monitorinqlər nəticəsində ölkə miqyasında fövqəladə vəziyyət və komendant saatı qaydalarının pozulması ilə bağlı 158 yeni fakt aşkarlanıb. Bu barədə "InterpressNews"-a Daxili İşlər Nazirliyindən məlumat veriblər.

"Polis fövqəladə vəziyyət çərçivəsində tədbirlərin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi barədə Gürcüstan hökuməti tərəfindən verilən qərarın tələblərinin yerinə yetirilməsi və komendant saatı çərçivəsində qoyulan məhdudiyyətləri pozanları müəyyən etmək üçün 24 saat çalışmağa davam edir. Daxili İşlər Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bütün qanun pozuntularına dərhal reaksiya göstərirlər. Son 24 saat ərzində hüquq mühafizəçiləri tərəfindən aparılan monitorinqlər nəticəsində ölkə miqyasında fövqəladə vəziyyət və komendant saatı qaydalarının pozulması ilə bağlı 158 yeni fakt aşkarlanıb. Polis 7 aprel axşam saat 9-dan 8 aprel səhər saat 6-dək ölkə miqyasında 121 vətəndaşı komendant saatı rejimini pozduğuna görə cərimələyib. Bundan əlavə, Daxili İşlər Nazirliyinin əməkdaşları ümumilikdə 3 nəfərdən çox insanın toplaşması və 2 metrlik sosial məsafəyə riayət edilməməsinə görə ümumilikdə 4 vətəndaşı cərimələyib. Polis Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə özünü təcrid etmiş vətəndaşlar üzərində nəzarətə davam edir. Birgə monitorinq nəticəsində özünü təcridetmə qaydalarının pozulması ilə bağlı 2 yeni fakt aşkarlanıb. Hüquq mühafizəçiləri daha 31 nəfəri sərnişin daşımalarına və avtomobil idarəetmə qaydalarını pozduğuna görə cərimələyiblər", – məlumatda deyilir.

Daxili İşlər Nazirliyi vətəndaşları fövqəladə vəziyyət rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərə əməl etməyə çağırır, əks halda qanuna uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edir. Gürcüstan ərazisindəki bütün şəxslər fövqəladə vəziyyətə riayət etməyə və Gürcüstanın səhiyyə sahəsində qüvvədə olan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur ki, buna görə də fiziki şəxslər 3 000, hüquqi şəxslər isə 15 000 lari həcmində cərimə olunurlar.

Mənbə: İnterPressNews
FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია