Xəbərlər
Tbilisidə qəza nəticəsində 3 nəfər dünyasını dəyişib – VİDEO


Tbilisidə, Kürün sağ sahilində “Opel” və “BMW” markalı iki avtomobil toqquşub.

“TV Pirveli”-nin jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, “Opel” markalı avtomobildə olan üç nəfər dünyasını dəyişib.

Digər maşında olan iki nəfər isə Tbilisi xəstəxanalarından birinə yerləşdirilib. Jurnalistin bildirdiyinə görə, “Opel” markalı avtomobil yolun əks istiqamət zolağına çıxıb və “BMW” markalı avtomobilə çırpılıb.
Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.


{{AUDIO}}
FaceBook Twitter Google
დაიცავი დისტანცია