Marneulidəki "Geo Hospitals" klinikasına koronavirus simptomları ilə üç nəfər gətirilib
Marneuli “Geo Hospitals” klinikasına koronavirus əlamətləri ilə üç xəstə daxil olub. Bu barədə xəstəxananın kliniki direktoru Tata Şenqelaia məlumat verib. Onun sözlərinə görə, xəstələr dünən, 12 may tarixində axşam gətirilib və bu gün analizi Luqar laboratoriyasına göndərəcəklər.

“Hər üç xəstəni Tetritskarodan gətiriblər. Görək, kimsə yenə əlavə olmasa, üç nəfərin analizini göndərəcəyik.”

xatırladırıq ki, 6 may tarixində Marneulidə koronovirusla bağlı geniş miqyaslı analizlərin götürülməsi mərhələsi həyata keçirildi. Ümumilikdə 303 vətəndaşdan analiz götürüldü. Onların testlərinin cavabı mənfi olub.

7 may tarixində götürülən 370 analizdən yalnız birinin cavabı müsbət çıxıb, həmin şəxs təcili yardım xidməti klasterinə aiddir.

8 may tarixində götürülən 437 testdən hamısının cavabı mənfi olub.

Qeyd edək ki, 18 may tarixindən Marneuli açılacaq. Bu barədə Baş nazir Qiorqi Qaxaria 7 may tarixində baş tutan iclasda bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google