“Qalib Gürcüstan” pariyasının lideri İrakli Okruaşvilinin
bildirdiyinə görə, o Bidzina İvanişviliyə qarşı yalnız yaxşılıq
arzulayır.
Okruaşvili deyir ki, Bidzina İvanişvilinin 3 seçimi var – yaxşı,
pis və çox pis.
“Bidzina İvanişviliyə qarşı yalnız yaxşılıq
arzulayıram. İvanişvilinin cəmi üç seçimi var – yaxşı, pis və çox
pis. Mən ona yalnız yaxşını arzulayıram. Yaxşısı budur ki,
hakimiyyət dəyişikliyi nəticəsində müxalifətə keçsin; pis budur ki,
ölkəni və hökuməti tərk etsin. Ən pisi isə mənim və Qiqinin dünən
olduğumuz yerə keçməkdir. O nəyi seçəcəyini mən deyə bilmərəm,
bəzən onun atdığı addımlar məntiqə sığmır”, – deyə
Okruaşvili “Leyboristlər” partiyasının ofisində müxalifətin görüşü
keçirilən zaman bildirib.