İrakli Okruaşvili – Bidzina İvanişvilinin 3 seçimi var – yaxşı, pis və çox pis, ən pis seçimi srağagün mənim və Qiqinin olduğu yerə keçməkdir

“Qalib Gürcüstan” pariyasının lideri İrakli Okruaşvilinin bildirdiyinə görə, o Bidzina İvanişviliyə qarşı yalnız yaxşılıq arzulayır.


Okruaşvili deyir ki, Bidzina İvanişvilinin 3 seçimi var – yaxşı, pis və çox pis.

“Bidzina İvanişviliyə qarşı yalnız yaxşılıq arzulayıram. İvanişvilinin cəmi üç seçimi var – yaxşı, pis və çox pis. Mən ona yalnız yaxşını arzulayıram. Yaxşısı budur ki, hakimiyyət dəyişikliyi nəticəsində müxalifətə keçsin; pis budur ki, ölkəni və hökuməti tərk etsin. Ən pisi isə mənim və Qiqinin dünən olduğumuz yerə keçməkdir. O nəyi seçəcəyini mən deyə bilmərəm, bəzən onun atdığı addımlar məntiqə sığmır”, – deyə Okruaşvili “Leyboristlər” partiyasının ofisində müxalifətin görüşü keçirilən zaman bildirib.


Mənbə: İnterPressNews

 

Print