Rusiyanın Moskva şəhərinin cənub-qərbində təqaüdçü gölməçədə
boğularaq ölüb.
MK xəbər verir ki, 83 yaşlı qadın televiziyada koronavirus
xəbərlərinə baxaraq yoluxmaqdan çox qorxub.
Tənha yaşayan təqaüdçünün 57 yaşlı oğlu karantin başlayana qədər
anasına baş çəkərək, ona ərzaq gətirib. Lakin virus təhlükəsi
səbəbindən son iki ayda anasının yanına getməyib.
Qadın bu vaxt ərzində ərzağı internet vasitəsilə sifariş edib və
arada dişi ağrıdığı üçün stomatoloqa gedib. O, həkimin qəbulundan
qayıdandan sonra koronavirusa yoluxduğundan şübhələndiyini
deyib.
Yüngül hərarət istisna olmaqla, qadında başqa simptomlar olmayıb.
Onun çağırdığı həkim də təzyiqinin qalxdığını deyib.
Ehtimal edilir ki, qadında koronavirus xəbərləri ilə bağlı
psixoloji problemlər yaranıb.
Faciə baş verən gün o, oğlu ilə telefonla danışıb, bu zaman səsində
narahatlıq hiss edilməyib. Təxminən gecəyarısı qadın evdən çıxıb.
Bir müddət sonra xilasedicilər onun cəsədini gölməçədən
tapıblar.
Mənbə: Oxu.az