ABŞ səfiri – Zənnimcə partiyalar 8 mart razılaşmasının nəyi nəzərdə tutduğunu bilirlər – bu razılaşmanın tam şəkildə həyata keçirilməsi Gürcüstanın ən yaxşı maraqlarına xidmət edir
Məhkəməsinin başa çatmadığı bir iş haqqında danışmağı düzgün hesab etmirəm.
Düşünürəm ki, 8 mart razılaşmasının özü, deyiləsi sözləri deyir, - bu haqda ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Qiorqi Ruruanın azad olunması haqqında verilən sualı cavablandırarkən bildirib.

Səfir xüsusi olaraq vurğulayıb ki, Gürcüstanın ən yaxşı maraqlarına 8 mart razılaşması da aiddir ki, ölkədə olan siyasi gərginlik aradan qalxsın və seçkilərin uğurla keçirilməsi üçün zəmin yaransın.

“Zənnimcə partiyalar bu razılaşmanın nəyi nəzərdə tutduğunu bilirlər. 8 mart razılaşması üçün şərtləri fasilitatorlar yox, onların özləri müəyən edib. Buna görə də fasilitatorlar bunu interpretasiya edəsi insanlar deyildirlər. Mən deyərdim ki, 8 mart razılaşmasının tam şəkildə həyata keçirilməsi siyasi gərginliyi aradan qaldırmaq üçün Gürcüstanın ən yaxşı maraqlarına xidmət edir ki, payız seçkiləri üçün Gürcüstanın qürur duyacağı zəmin yaransın. Buradan irəli gələrək, səmimi şəkildə ümid edirəm ki, razılaşmanı tərəflərin hər biri yerinə yetirəcək və parlament seçkiləri üçün hazırlaşacaq ki, bu da çox əhəmiyyətli olan seçki islahatlarının həyata keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, bu prosesdə ATƏT / DTİHB-in tövsiyələrinin nəzərə alınması və ədalətli seçkilər üçün zəmin yaradılması çox vacibdir”, - deyə Kelli Deqnan bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google