Dünya miqyasında koronavirusa yoluxanların sayı 5 milyonu keçdi
Worldometer-in verdiyi məlumata gör, dünya miqyasında koronavirusa yolxuma hallarının sayı 5 milyonu keçib. Daha dəqiq desək, 20 may saat 17:15-ə olan məlumata görə 5 015 676 nəfər koronavirusa yoluxub, vəfat edənlərin sayı isə 325 500 nəfərdən artıqdır.

Bu vaxta olan məlumatlara görə, yoluxma hallarının sayına görə ABŞ liderlik edir,ondan sonra isə Rusiya, İspaniya, Braziliya və Böyük Britaniya gəlir.

Məlumat üçün bildirək ki, koronavirus ilk dəfə Çinin Uxan şəhərində üzərə çıxdı. O, əvvəlcə Çinin bütün ərazisində, sonra isə dünya miqyasında yayıldı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google