DİN “Oğru aləmi” üzvlərinin saxlanılması kadrlarını yayımlayıb - VIDEO
Tbilisidə, Çaqeridə, Xaşuridə və Batumidə “oğru aləmi” üzvü olmasına, “oğru aləmi” üzvlərinə müraciət etməyə, “oğru aləmi”nın fəaliyyətini dəstəklədiyinə, qanunsuz azadlıqdan məhrum etmə və zorakılıq ittihamlarına görə 13 şəxs saxlanılıb.

Polis, aparılan axtarışlar nəticəsində maddi sübut kimi cinayət fəaliyyəti ilə bağlı olan komputer texnikasını, müttəhimlərin mobil telefonlarını götürüb. Onlar bu vasitələrlə bir-biri ilə və xaricdə yaşayan gürcü “qanuni oğru”larla əlaqə saxlayırmışlar. Həmçinin, maddi-sübut kimi 16 000 ABŞ dolları və üç bahalı maşın götürülüb.

Istintaq Gürcüstanın CM-nin 143-cü, 223-cü prima, 126-cı, 223-cü maddənin 3-cü prima və 4-cü prima maddələri ilə aparılır.

Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın kadrlarını yayımlayıb.



წყარო: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google