“Gürcü marşı” Marneuli və Hucabinin yepiskopuna dəstəyini bildirib

“Gürcü marşı” Marneuli və Hucabi yepiskopu Qiorqiyə (Camdeliani) dəstəyini bildirib.

“Gürcü marşının” liderlərindən biri Sandro Breqvadzenin müraciətini “Alilo Marneuli” səhifəsi “Facebook”-da paylaşıb.

“Təcili surətdə ölçülər götürün və Qiorqi tərəfindən səsləndirilən tələbləri yerinə yetirin. Amma bu tələbin arxasında bütün Gürcüstan dayanır. Bəli, yepiskop Qiorqinin arxasında bütün Gürcüstan dayanacaq və mən sizə deyirəm ki, sonuncu damla qanıma qədər onu müdafiə edəcəyəm. Amma onların bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə onun qoyduğu tələb yerinə yetirilməlidir”,
– Sandro Breqvadze deyir.

Breqvadze “Gürcü marşının” üzvlərini Qiorqiyə dəstək üçün səfərbər olmağa çağırıb.

“Biz tələblərimizin-ultimatumların yerinə yetirilməsini gözləyirik”, – o, deyib.

“Gürcü marşının” liderlərindən birinin bəyanatı 24 may tarixində yepiskopun həftəlik ayini ilə bağlıdır.

“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki, savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.

Nərimanovun heykəlinin bərpası 2020-ci ilin fevral ayında başlayıb. 3 mart tarixində Marneuli meri radioya müsahibəsində bildirib ki, heykəlin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google