Bu gündən Gürcüstanda havalar düzələcək

Gürcüstanda havalar düzələcək və havanın temperaturu artacaq. Milli Ekologiya Agentliyinin verdiyi məlumata görə, mayın 26 və 27-də havanın temperaturu +25, +27 dərəcə olacaq.



“Mayın 26-da istilik fonunda yalnız ayrı-ayrı rayonlarda qısamüddətli yağış yağması və şimşək çaxması mümkündür. Havanın temperaturu aran yerlərində +23, +28 dərəcə gözlənilir, 27-28 may tarixlərində isə +28, +33 dərəcəyədək yüksələcək. Tbilisidə havalar bu gündən etibarən yağışsız olacaq. Havanın temperaturu 26-27 mayda +25, +27 dərəcə olacaq, mayın 28-də isə +31 dərəcəyədək yüksələcək”
, – deyə yayılan məlumatda bildirilir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google