Rusiyalı fitnes-dietoloq Anna Yolkina insanın immunitetini
gücləndirən üç giləmeyvənin adını açıqlayıb.
Bu barədə MK xəbər verib.
Dietoloq bildirib ki, immuniteti gücləndirən giləmeyvələr arasında
birinci yeri çaytikanı tutur. Onu çaya, kokteylə qatmaq və ya adi
qaydada yemək olar.
İkinci yerdə isə mərcangilədir. Bu meyvə vitamin çatışmazlığı
xəstəliyində əvəzsizdir. Mərcangilədən arterial təzyiqin
yüksəlməsi, zökəm, qrip zamanı istifadə etmək olar.
Üçüncü yeri isə quşüzmü tutur. Quşüzmü dərinin tonlandırılmasını
qoruyur. Ondan eyni zamanda hərarət salıcı vasitə kimi də istifadə
etmək olar.
Mənbə: Oxu.az