Braziliyada koronavirusa bir gündə 20 599 insan yoluxub, 1 086 nəfər isə vəfat edib
Braziliyada son 24 saat ərzində koronavirus səbəbindən 1 086 nəfər vəfat edib ki, bununla da vəfat edənlərin ümumi sayı 25 598-ə çatıb - bu haqda məlumatı Braziliyanın Səhiyyə Nazirliyinin verdiyi məlumat əsasında “Reuters” yayıb.

Agentliyin bildirdiyinə görə, ölkədə son 24 saat ərzində Covid-19-a daha 20 599 nəfərin yoluxduğu öz təsdiqini tapıb ki, bununla da yoluxanların ümumi sayı 411 821-ə çatıb.

Xatırladaq ki, yoluxanların sayına görə, Braziliya ABŞ-dan sonra ikinci yeri tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google