Bolnisi bələdiyyəsinin Muşevani (Dəllər) kəndinin əhalisi bu gün
koronavirusa görə genişmiqyaslı testdən keçiriləcək.
Bolnisi meriyasından “İnterpressnews”-a verilən məlumata görə,
Muşevani kəndində epidemioloqlardan ibarət 9 qrup işləyəcək və
500-dən artıq kənd sakinindən analiz nümunəsi götürüləcək.
Bolnisi bələdiyyəsinin Muşevani kəndi koronavirus hallarının
müşahidə olunmasından sonra, aprelin 25-dən bağlanıb və kənddə sərt
karantin rejimi tətbiq olunub. Kəndin girişində blok-post qurulub,
kənddə tətbiq olunan məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti
hüquq-mühafizə orqanları həyata keçirir.
Muşevanidə Covid-19-a yoluxanların sayı son məlumatlara görə 56
nəfərdir. Bolnisi bələdiyyəsindən bu günə kimi ümumilikdə 165 nəfər
koronavirusa yoluxub, 76 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.