Gürcüstanda koronavirusa daha 11 nəfər yoluxub, 19 nəfər isə sağalıb
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı daha 11 nəfər artaraq 794-ə çatıb. Bu haqda məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış stopcov.ge saytında yerləşdirilib.

Sağalanların sayı isə daha 19 nəfər artaraq 624 nəfərə çatıb. Karantin rejimində 2494, stasionar nəzarət altında isə 301 nəfər var.

Gürcüstanda bu günə kimi koronavirus səbəbindən 12 nəfər vəfat edib.

Bunlarla yanaşı, xarici ölkələrdən müalicə olunmaq üçün 3 Gürcüstan vətəndaşı vətənə qaytarılıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google