Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin
əməkdaşları 1994-cü ildə anadan olmuş R.İ.-ni qəsdən adam öldürməyə
cəhd ittihamı ilə Batumidə saxlayıblar.
Nazirlikdən verilən məlumata görə, törədilmiş cinayətə görə 15
ilədək azadlqıdan məhrumetmə cəzası nəzərdə tutulur.
“İstintaq nəticəsində məlum oldu ki, müttəhim Batumidə,
gecə saatlarında qarşılıqlı mübahisə zəminində bacısının keçmiş
həyat yoldaşı – 1994-cü ildə anadan olmuş M.V.-ya soyuq silahla
xəsarət yetirib. Yaralı şəxs tibbi müəssisəyə çatdırılıb. Onun
vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Polis işçiləri
müttəhimi tezliklə, isti izlərlə saxlayıblar.
Polis cinayətdə istifadə olunmuş silahı – bıçağı maddi-dəlil olaraq
müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə
istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməyə cəhdi nəzərdə
tutur”, – nazirlikdən verilən məlumatda
bildirilir.