İyunun 6-dək Gürcüstanda yağış, dolu və güclü külək gözlənilir
Gürcüstanda havalar bu gündən iyunun 6-na qədər pis keçəcək. Milli Ekologiya Agentliyindən verilən məlumata görə, iyunun 2-də, günün sonundan 6 iyun səhər saatlarınadək Gürcüstanda yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərə güclü dolu düşəcəyi, güclü qərb küləyi əsəcəyi, dənizdə 2-3 bal gücündə fırtına olacağı gözlənilir.

"Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər və kiçik çaylarda daşqınlara səbəb ola bilər. Ölkənin dağlıq ərazilərində torpaq sürüşmələrinin baş verməsi mümkündür", – Agentlikdən verilən məlumatda bildirilir.

Mənbə: İnterPressNews
Print