15 yaşlı Luka Siradzenin ölümü ilə əlaqədar həbs olunan Mariana
Çoloyanın məhkəməsi bu dəqiqələrdə Tbilisi Şəhər Məhkəməsində davam
edir.
Bugünkü məhkəmə iclası ittiham tərəfinin şahidlərinin dindirilməsi
ilə yeniləndi.
Xatırladaq ki, polis tərəfindən dindirildikdən sonra intihara cəhd
edən 15 yaşlı Luka Siradze dekabrın 17-də xəstəxanada vəfat
etmişdi. Hüquq mühafizəçiləri hadisə ilə əlaqədar müstəntiq Mariana
Çoloyanı həbs ediblər. Tbilisi Şəhər Məhkəməsi dekabrın 19-da onun
barəsində həbs qətimkan qərarı çıxarmışdı.
Dövlət Müfəttişliyi İdarəsi Luka Siradzenin işində bir neçə başqa
polis məmuru tərəfindən inzibati xəta olmasını da aşkarlayıb. İdarə
polis əməkdaşlarına qarşı mümkün intizam məsuliyyəti ilə bağlı
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinə müraciət
edib.