Rustavidə oğurluq faktı

Rustavidə oğurluq faktı baş verib.


“İnfo Rustavi”nin verdiyi məlumata görə, 25 yaşlı kişi Şartava prospektindəki bir texnika mağazasının şüşəsini sındıraraq obyektə daxil olub.

Oğurluq edən şəxs müxtəlif əşyalar toplayıb mağazadan çıxdığı zaman bayırda onu polislər qarşılayıb.

Rustavi polisinin əməkdaşları gənci hadisə yerindəcə saxlayıblar.
Mənbə: inforustavi.ge

 

Print