Bu il Gürcüstanda QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb

İyulun 2-nə olan məlumata görə, bu il Gürcüstanda QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.


Məlumatı Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzi yayır. Mərkəzin bildirdiyinə görə, ötən il müvafiq dövrdə 321 yeni yoluxma halı aşkarlanmışdı.

QİÇS Mərkəzindən verilən məlumata görə, 2 iyul 2020-ci il tarixində yoluxucu xəstəliklər, QİÇS və Klinik immunologiya Mərkəzində ümumilikdə 8376 QİÇS-na yoluxmuş şəxs qeydiyyata alınıb. Bunlardan 6252 nəfəri kişi, 2124 nəfəri isə qadındır. Xəstələrin əksəriyyəti 29-39 yaş arasındadır. 4340 xəstədə QİÇS inkişaf edib. 1705 xəstə isə dünyasını dəyişib.

İyun ayının 30-a olan məlumata görə, 46 uşaq (38+8 abxaziyalı) daxil olmaqla 5220 (4630 +590 abxaziyalı) xəstə QİÇS-na qarşı müalicə alır.
Qeyd olunan halların ötürülmə yolu ilə paylanması aşağıdakı kimidir: 37,0 faiz (3098) – inyeksiya istifadə edənlər; 48,7 faiz (4080) – heteroseksual əlaqə nəticəsində yoluxmuş; 12,0 faiz (1001) – kişilərlə cinsi əlaqədə olan kişilər; 1,3 faiz (109) – şaquli ötürmə yolu ilə yoluxmuş; 0,5 faiz (41) – qan qəbul edən; 0,6 faiz (46) – hansı yolla yoluxduğu məlum deyil.

QİÇS-na yoluxma hallarının çoxu Tbilisidə qeydə alınıb (3029 hal, bunlardan 87 nəfəri xarici vətəndaş, ikisi naməlumdur); Sameqreloda 1153; İmeretidə 1004; Acarıstanda 958; Abxaziyada (526); Kaxetidə (411) Kvemo Kartlidə (478); Şida Kartlidə (306); Quriyada (175); Samtsxe-Cavaxetidə (112) və s.

Gürcüstanda ümumilikdə 116 QİÇS-na yoluxmuş uşaq aşkarlanıb. Onların arasında 70-i oğlan, 46-sı qızdır. Bunlardan 27 nəfəri vəfat edib. Üçü ölkədən gedib.
Yoluxma yollarına görə bölgü: şaquli (anadan) ötürülmə yolu ilə – 108 hal (onlardan biri ana südü); Qan qəbul edən – dörd, naməlum – iki.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google