7 yaşlı Natalia Bliadzeyə yardım etmək üçün Marneuli Ədliyyə Evi
ərazisində qan vermə aksiyası keçiriləcək.
7 yaşlı Natalia Bliadzeyə Biko Sarkoma diaqnozu qoyulub və bu həyat
üçün çox təhlükəlidir. Uşaq hazırda İsrailə aparılıb. Yerusəlimdə
klinikada (Hadassah University hospital – ein kerem) ilkin
mərhələdə kimya-terapiyalar aparılıb və kifayət qədər çətinliklər
üzə çıxıb.
Nəzərə alınan xərclərdən əlavə tam müalicə kursuna və əməliyyata
362 620 dollar lazımdır.
Nataliaya yardım üçün Gürcüstanın Milli Qan Bankı ailəyə 25 000
lari köçürməyə hazırdır. Bunun üçün 1000 nəfər qan verməlidir.
Qan vermə aksiyası 9 iyul tarixində, səhər saat 09:00-dan 15:00-a
kimi Marneuli Ədliyyə Evi ərazisində davam edəcək.