Koronavirus Marneuli gənclər siyasəti sənədinin yerinə yetirilməsinə mane olub
16:55 / 10.07.2020
Marneuli bələdiyyəsi gənclər siyasəti sənədini 2019-cu ilin 24
dekabrında qəbul edib. Gənclər siyasətinin sənədi yerli gənclərin
ehtiyaclarının araşdırmasına əsaslanır. Sənədə əsasən beş strateji
məqsəd müəyyən edilib.
Gənclərin iştirakı, gənclərin sağlamlığı və sağlam həyat tərzinin
yaradılması, gənclər üçün bərabər imkanların yaradılması, gənclərin
işinə və gənclərin işlə təmin olunmasına dəstək – bunlar gənclər
siyasəti sənədi ilə müəyyən edilmiş beş strateji məqsəddir.
Marneuli meriyasının Təhsil, Mədəniyyət, idman və Gənclərin işi
şöbəsinin gənclərin işi üzrə mütəxəssisi Marika Tkeşelaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, gənclər siyasəti
sənədi dörd il müddətinə qəbul olunub, amma sənəddə dəyişiklik
etmək mümkündür.
“Gənclər siyasəti sənədi uzunmüddətli layihələrdən,
eləcə də beş strateji məqsədə çatmaq üçün birdəfəlik tədbirlərdən
ibarətdir. Mart ayında gənclər şurasında seçkilərin keçirilməsi
planlaşdırılırdı. Hər icmadan bir fəal gənc təqdim olunacaqdı. O,
yerli gənclərlə özünüidarə arasında səmərəli əməkdaşlıq mexanizmi
olacaqdı”, – Marika Tkeşelaşvili dedi
Tkeşelaşvilinin bildirdiyinə görə, gənclər şurasının yaradılmasına
koronavirus pandemiyası mane olub. Məhz həmin səbəbə görə meriyada
gənclərin ideya müsabiqəsinin başlaması da təxirə salınıb.
Müsabiqəyə əsasən gənclər müxtəlif layihələrlə bağlı
maliyyələşdirmə əldə edəcəkdilər.
“Tələbələrin nəqliyyat xərcinin maliyyələşdirilməsi
sentyabrdan davam edəcək proqramlardan biridir. Bildiyimiz kimi
indi universitetlərdə təhsil dayandırılıb. Təəssüf ki, tələbələr
mühazirələrə getmədiyinə görə yaz dövründə proqramın həyata
keçirilməsi alınmadı. Biz artıq qeyd olunan maddi yardımı ala
biləcək tələbələrdən 100-ə yaxın ərizə qəbul
etmişik”, – Marika Tkeşelaşvili dedi.
Marika Tkeşelaşvilinin bildirdiyinə görə, Marneuli meriyasında
tələbələrin təcrübə proqramı da qüvvədədir. Proqrama əsasən
tələbələr istədikləri ixtisas üzrə təcrübə keçə bilələr.
Tələbələrin həvəsləndirilməsi üçün “fəal tələbə” mükafatı da təsis
olunub və hər il yeni il tədbirində keçiriləcək.