Temkada yaşayış binasının 10-cu mərtəbəsində partlayış baş verib

Tbilisinin Temka rayonunda yaşayış binasının 10-cu mərtəbəsində partlayış baş verib.


Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən “İnterpressNews”a verilən məlumata görə, partlayış nəticəsində heç kim xəsarət almayıb.

Verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürmə briqadası səfərbər olunub.

"Yaşayış binasının 10-cu mərtəbəsində partlayış baş verib, ev bağlı olub və evdə heç kim olmayıb. Yanğın baş verməyib, pəncərələr sınıb və asma tavan aşağı çöküb. Hadisə yerinə 5 yanğınsöndürmə-xilasedici qrupu səfərbər olunub”, – Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib.

Mənbə: İnterPressNews

 

Print