Tbilisinin Qurucu Davit prospektində iki avtomobil və avtobus
toqquşub.
4 nəfər yaralanıb, xəsarət alanlar tibbi müəssisəyə
aparılıblar.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı
maddəsi ilə istintaq başladılıb. Həmin maddə nəqliyyat vasitəsinin
istismarı qaydalarının pozulmasını nəzərdə tutur.