Rustavidə baş vermiş partlayış nəticəsində bir nəfər ölüb. Bu
barədə məlumatı On.ge-yə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Məlumata görə, metal qəbulu məntəqəsinin həyətində qaz balonu
partlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq
başladılıb.
Həmin maddə mədən, tikinti və ya digər iş zamanı təhlükəsizlik
qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsi və ya
digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.