Gürcüstanda koronavirusa 9 yeni yoluxma halı aşkarlanıb
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 9 nəfər artaraq 995-ə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge veb saytında yerləşdirilib. Koronavirusdan sağalanların sayı isə 857 nəfərdir.

Karantin rejimində 5001, stasionar nəzarət altında isə 219 nəfər var. Ölkədə bu günə kimi 15 nəfər koronavirusdan vəfat edib.

Eyni zamanda, 31 Gürcüstan vətəndaşı tibbi müalicə üçün xaricdən Gürcüstana qaytarılıb.

Mənbə: İnterPressNews
Print