Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın itkilərlə bağlı məlumatları gizlətdiyini iddia edir [Video]
13:12 / 14.07.2020
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfində məhv edilmiş
hərbi texnika və qurğular barədə məlumat və video görüntülər
yayımlayır.
Qurumun rəsmi saytının verdiyi məlumata görə, "düşmənə qarşı sərt
cəza tədbirləri nəticəsində" Azərbaycan hərbi birləşmələri
Ermənistan Silahlı Qüvvələrinin 20-dən çox hərbçisini, atəş
mövqelərini, kəşfiyyat bölməsinin radar stansiyasını, hərbi
avtomobil texnikaları anbarını, tanklarını, zirehli personal
daşıyıcısını, batalyonun ştabını və hərbi infrastrukturunu məhv
edib.
Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf itki
ilə bağlı məlumatları gizlədir.