Yepiskop Qiorqinin daha çox sülhə meylli olmasını gözləyirdim — Tamta Mikeladze Marneulidə baş tutmuş aksiya barədə
İnsan Hüquqlarının Araşdırılması və Monitorinq Mərkəzinin bərabərlik siyasəti proqramının direktoru Tamta Mikeladze 16 iyul tarixində Marneulidə keçirilmiş aksiyaya münasibət bildirib. Mikeladzenin qiymətləndirməsinə əsasən aksiyada Rusiya meylli və zorakı qrupların görünməsi, onların Marneuli və Hucabinin yepiskopu ilə əlaqəsi problemli əməkdaşlıqdır.

“Gözləyirdim ki, onun (Marneuli və Hucabinin yepiskopunun) daha düşüncəli mövqeləri olacaq və o, sülhə daha çox istiqamətlənəcək. Çünki eləcə də xristianlıq fəlsəfəsindən də irəli gəlir. Gürcü Marşı, Dimitri Lortkipanidze kimi aqressiv və bəzi hallarda zorakı qruplarla əməkdaşlıq barədə mediada fəal şəkildə yazılmasına baxmayaraq, bu, şübhəli, problemlidir və onlarla birlikdə belə iş görmək nəyəsə işarədir. O, öz strategiyasını düşünməyib və yenə də Dimitri Lortkipanidze ilə durub şənlənir. Ona görə də bu ciddi problemdir və mən düşünürəm ki, biz başdan şübhələrdən və mümkün problemli əməkdaşlıqdan danışırdıqsa, bu gün həmin əlaqə aydındır”, – Tamta Mikeladze dedi.

EMC-nin bərabərlik siyasəti proqramının direktorunun sözlərinə görə, Marneuli və Hucabinin yepiskopu Qiorqinin dövlətin Sovet siyasətinə birmənalı yanaşması ilə bağlı fikirləri qanunidir, amma bunu hansı kontekstdə və kimlə birgə tələb etdiyi problemlidir.

“Mədəniyyət siyasəti məsələlərinə çox ehtiyatlı qərar vermək lazımdır. Çünki çox hallarda mədəniyyət məsələləri konkret etnik və dini qrupların kimliyi ilə bağlıdır. Ancaq biz görürük ki, Nərimanovun abidəsi ilə bağlı müzakirələrdə və həmin proseslərdə dövlət yoxa çıxıb, biz yalnız Dövlət Təhlükəsizlik Xidmətinin müdaxiləsini gördük. Onlar olduqca qeyri-müəyyən məzmunda istintaqa başladılar. Ancaq Təhsil Nazirliyi, Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatı kimi dövlət orqanları bu prosesdə görünmədi. Dövlətin zamanında bu mövzuda işçi qrupu yaratması çox vacib idi”, – Tamta Mikeladze dedi.

Mikeladzenin sözlərinə görə, indiki mərhələdə dövlət orqanları Marneulidə baş vermiş hadisələrə ciddi reaksiya göstərməlidirlər. Bu ilk növbədə Nərimanovun abidəsi məsələsi ilə bağlı səlahiyyətli və demokratik işçi qrupunun yaradılmasını nəzərdə tutur.

“Primakov adına Gürcü-Rus İctimai Mərkəzinin” direktoru Dimitri Lortkipanidze 16 iyul tarixində Nəriman Nərimanovun Marneuli Mədəniyyət Evi ərazisində yerləşən abidəsinin sökülməsi və onun yerində Xudu Borçalı və İkinci Ereklenin heykəlinin ucaldılması tələbi ilə keçirilən aksiyadan sonra Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani və Marneuli meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin rəhbəri Leri Panqani ilə birgə çəkdirdiyi şəkli yayımlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google