Meriya Ağməmmədli kəndinin və Şaumyani 3 saylı məktəbində ayaqyolu tikilməsi üçün yenidən tender elan edib
21 iyulda Marneuli meriyası Ağməmmədli kənd məktəbi və Şaumyani 3 saylı ictimai məktəbində ayaqyolu tikilməsi üçün iki tender elan edib.

Yerli özünüidarə 30 iyun tarixində də həmin məktəblərdə ayaqyolunun tikilməsi üçün tender elan etmişdi. Tenderdə yalnız bir şirkət “Beynəlxalq biznes akademiyası” MMC iştirak edib. Şirkət meriyaya işləri 69 500 lariyə həyata keçirməyi təklif edib.

“Tender komissiyası müəyyən edib ki, “Beynəlxalq biznes akademiyası” MMC tərəfindən yüklənmiş texniki sənədlər tender şərtlərinə uyğun deyil. Buradan irəli gələrək “Beynəlxalq biznes akademiyası” MMC kənarlaşdırılsın”,
– tender komissiyasının iclas protokolunda qeyd olunur.

Marneuli meriyası ilk tenderdən fərqli olaraq bu dəfə Ağməmmədli kənd və Şaumyani 3 saylı məktəbində ayaqyolunun tikilməsi üçün ayrı-ayrı tender elan edib.

Yerli özünüidarə Şaumyani 3 saylı ictimai məktəbində ayaqyolunun tikilməsi üçün 40 354 lari, Ağməmmədli kənd ictimai məktəbində isə 32 250 lari nəzərdə tutub.

Tenderlərdə iştirak etmək istəyən şirkətlər 31 iyuldan 3 avqusta qədər tender təkliflərini təqdim edə bilərlər.

Tender sənədlərinə görə, qalib şirkət tikinti işlərini müqavilə bağlandıqdan 35 gün ərzində həyata keçirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google