“Gürcü Arzusu”-ndan keçmiş mer Temur Abazova
proporsional siyahıya daxil edilməsi təklif olunduğunu inkar
edirlər.
“Gürcü Arzusu”-nun mətbuat xidmətindən Marneuli
radiosuna bildirdilər ki,
"bu məsələ müzakirə
olunmayıb".
22 iyul tarixində Marneulinin keçmiş meri Temur Abazov bir neçə
mətbuat vasitəsinə məlumat verib ki,
“Gürcü
Arzusu”-ndan ona proporsional siyahıya daxil olmağı təklif
ediblər və o, təklifi qəbul edib.
“Marneuli” radiosu hələ də Temur Abazovla əlaqə
saxlamağa çalışır. Ancaq o bizim zəng və mesajlarımıza cavab
vermir.
Marneulidə işləyən müxalifət partiya liderləri “Gürcü Arzusu”-ndan
məlumat inkar edilməzdən əvvəl Marneuli radiosu ilə söhbətləri
zamanı Abazovun bəyanatını qiymətləndirdilər.
“Avropalı Gürcüstan”-ın Marneuli rayon
təşkilatının sədri Əhməd İmamquliyev,
"Vahid Milli
Hərəkatı"n Marneuli rayon təşkilatının sədri Aqil
Mustafayev və
"Lelo"nun Marneuli rayon
təşkilatının rəhbəri Murad Muradov bildirdi ki,
“Gürcü
Arzusu”-nun bəyanatı onları təəccübləndirməyib, çünki
partiya qanun pozuntularına həvəsləndirməklə fərqlənir.
Abazov Prokurorluq tərəfindən 2018-ci ilin 14 iyun tarixində
Marneuli sakini Elçin Allahveridyevə qarşı qeyri insani rəftarda
ittiham olunub. 2018-ci ilin 13 dekabrında isə o, 10 000 lari girov
qarşılığında azadlığa buraxılıb.
Marneuli merinə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci
hissəsinin
“a” bəndi ilə iş qaldırılmışdı. Həmin
maddə dövlət məmuru və ona bərabər şəxsin təhqiredici və qeyri
insani rəftarını nəzərdə tutur. 6 sentyabr tarixində Marneuli
merinin ittihamı ağırlaşmışdı. İstintaqa 25, 157.1 maddəsinin
birinci və ikinci hissələri də əlavə olunmuşdu. Həmin maddə şəxsi
həyatı təsvir edən materialın əldə edilməsi, təşkili, internet və
sosial şəbəkələrdə yayımlanmasını nəzərdə tutur.
Məhkəmə Temur Abazova 12 fevral tarixində bəraət qazandırıb.