Azər Süleymanov “Vahid Milli Hərəkat”-ın Marneuli və Qardabani seçki dairəsindən namizədi olacaq

Deputat Azər Süleymanov “Vahid Milli Hərəkat”-ın Marneuli və Qardabani seçki dairəsindən majoritar namizədi olacaq.



Azər Süleymanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, partiyada onun namizədliyi ilə bağlı qərarı yekdilliklə qəbul ediblər.

“Bizim məqsədimiz Gürcüstanı bu kirli hakimiyyətin əlindən xilas etməkdir. Gürcüstanda həyat dayanıb və bizim mübarizəmiz qələbə üçün, Gürcüstanın qələbəsi üçün olacaq. Şəxsən Azər Süleymanovun qələbəsi mühüm deyil, Gürcüstan qalib gəlməlidir”, – Azər Süleymanov dedi.

Marneuli və Qardabani seçki dairəsindən majoritar namizəd bildirdi ki, o, ilk mərhələdə qalib gələcək.

Azər Süleymanov Gürcüstan Parlamentində dörd çağırışda deputat olub. İlk üç çağırış zamanı o, Marneulinin majoritar deputatı idi. 2016-2020-ci illərdə isə Vahid Milli Hərəkat partiyasının proporsional siyahısından deputat seçilmişdi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google