“Avropalı Gürcüstanın” Marneuli və Qardabani seçki dairəsinin
majoritalığa namizədi Əhməd İmamquliyev olacaq.
“Avropalı Gürcüstan” majoritar namizədləri bu gün, 3 avqust
tarixində saat 12:00-da təqdim edib.
Əhməd İmamquliyev “Marneuli” radiosuna təsdiq edib ki, Marneuli və
Qardabanidən majoritarlığa namizəddir.
“Mən Marneuli və Qardabani dairəsindən namizəd
olacağam. Ümid edirəm ki, ilk turda vətəndaşlarla birgə oliqarx
idarəçiliyə və onun marionet kuklalarına qalib gələcəyik. Əgər
ikinci tur olarsa, bu halda oliqarx idarəçiliyini məğlub etmək üçün
sona qədər mübarizə aparacağıq”, – Əhməd İmamquliyev
bildirdi.
İmamquliyevin sözlərinə görə, əgər iqtidar partiyası və hər hansı
müxalifət partiyası 2020-ci ilin Parlament seçkilərinin ikinci
turuna keçərsə, “Avropalı Gürcüstan” müxalifət partiyasını
dəstəkləyəcək.