“Gürcü Arzusunun” bizim tərəfdarlarımıza təzyiq göstərir – “Lelo Gürcüstanın” Marneuli təşkilatı

Müxalifət partiyası “Lelo Gürcüstanın” Marneuli rayon təşkilatının sədri Murad Muradov onların fəallarına və tərəfdarlarına qarşı həyata keçirilən təzyiq faktlarından danışır.



Muradov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Gürcü Arzusunun” fəal üzvləri və fəalları onların tərəfdarlarını qorxudurlar və siyasi proseslərə qoşulmamağa çağırırlar.

“Bizi dəstəkləyən adamları və seçkidə bizim yanımızda olacağını açıq şəkildə deyənləri müəyyən qruplar gedir qorxudur, şantaj edirlər. Sonra həmin adam gəlir və mənə deyir ki, sənə böyük hörmətin var, seçkidə səni dəstəkləyərdim, amma siyasi subyektin yanında görünmək istəmirəm”,
– Murad Muradov dedi.

Muradovun sözlərinə görə, onun dəstəkçilərinə təzyiqlə bağlı artıq üç təsdiqlənmiş fakt var, amma həmin fəalların kimliyini açıqlamaq istəmir. Çünki “Lelo Gürcüstan”-ın fəalları üçün daha çox problem yarana bilər.

Partiya tərəfdarlarına göstərilən təzyiq/hədələmə faktlarından “Ədalətli Seçkilər”-in seçkiqabağı monitorinqin ikinci aralıq hesabatında da qeyd olunub.
“Lelo Gürcüstan”ın Marneuli təşkilatı bir iyul tarixində açılıb.
"Marneuli" Radiosu

 

Print