Marneulili idmançı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (VIDEO)
14:48 / 07.08.2020
İlk dəfə 12 yaşında idmanla məşğul olmağa başlayan Faiq Məmmədov
1989-cu ildə idmana karate ilə başlayıb.
Müəyyən səbəblərə görə, 1998-ci ildən taekvondo idman növünə keçib.
Karatedən taekvondoya keçmək onun üçün çətin olmayıb. Çünki onun
idmanda təcrübəsi olub. İki ildən sonra isə müəllimliyə başlayıb.
O, idmançı olması ilə fəxr edir və bildirir ki, bu gün onun
tələbələri Gürcüstan, dünya, Avropa çempionu olublar.
“İndiki vaxtda qədər, 4 nəfər dünya çempionu
yetişdirmişəm. 1 nəfər də Avropa çempionu yetişdirmişəm. Bu
müddətdə dəfələrlə Gürcüstan çempionu yetişdirmişəm. Dünya
çempionatının qaliblərini yetişdirmişəm. Baxmayaraq ki, şəraitimiz
görürsünüz nə gündədir. Yəni belə bir zaldan dünya çempionları
çıxartmaq özü böyük məsuliyyətdir. Bizim üzərimizə böyük məsuliyyət
düşür. Biz ölkədə Marneulinin adını doğrulduruq. Ölkədən kənarda
isə Gürcüstanımızın adını doğrulduruq”, – Faiq
Məmmədov dedi.
İdmançı deyir ki, bəzən ona sual verirlər ki, uşağı altı yaşında
idmana qoymaq olarmı. O, deyir ki, aşağı yaşda uşağı idmana qoymaq
məsləhət deyil.
“Mənim 22 ilik müəllimlik təcrübəm var. Yəni uşaqları 9
yaşından yuxarı idmana qoymaq daha məsləhətlidir. Uşağın orqanizmi
yavaş-yavaş düzəlir. Biz 6 yaşında belə idman zalına buraxırıq.
Yəni bir az qaçırırıq, amma idmanla məşğul olmurlar. 9 yaşından
sonra olmalıdır. Bu mənim təcrübəmdəndir. Yəni kitablarda yazılır
ki, 6 yaşda olar, 5 yaşda olar. Nəzəri olaraq elədir. Praktika
göstərir ki, 9 yaşından yuxarı daha məsləhətlidir. Bu gün mənim
tələbələrimin içində ən balacası 6 yaşındandır. Yəni ki, onu da
xahişlə götürmüşəm. Sadəcə burada qaçır, yüngül idman edir. Yəni
çox ciddiyə almırıq. Ən böyüyümüzün də 18 yaşı var. Ondan böyükləri
də var. Müəyyən səbəblərə görə, bu günlər bir az çətin vəziyyət
olduğuna görə, gəlməyiblər”, – Faiq Məmmədov
dedi.
Faiq Mmmdəovun dediyinə görə, hal-hazırda çətin vəziyyətdə idmanla
məşğul olurlar. İndi 6 saylı məktəbin idman zalında işləyirlər.
Çətin vəziyyətdə idmanla məşğul olmalarına baxmayaraq yenə də
idmana davam edirlər. İdmançı deyir ki, yaxın zamanlarda yeni idman
zalı açacaq və ümid edir ki, yeni zala keçsə, hər şey yaxşı olacaq.
Orada daha güclü idmançılar yetişdirərək və böyük nailiyyətləri
olacaq. Faiq Məmmədov onu da qeyd etdi ki, yaxın günlədə o,
Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin
olunub.
“Bildiyiniz kimi, mən Gürcüstan sayokan federasiyasının
prezidentiyəm. Dünya alpaqut federasiyasının qurucularından
biriyəm. Bu yaxınlarda mənə təklif olundu ki, Gürcüstan kikboks və
karate federasiyasının prezidenti olum. Hörmətli konfederasiya
tərəfindən, hörmətli Kaxa Basilia tərəfindən mənə təklif olundu.
Mənim işlərimə baxıb bəyənib. Yəni dedi ki, sizə bu təklifi edirik.
Sən bunun prezidenti ola bilərsənmi və bu işin öhdəsindən gələ
bilərsənmi. Məndən qabaq bu titul başqa idmançıda idi. Yəni o,
özünü doğrultmadığı üçün müəyyən səbəblərə görə, korrupsiya
olduğuna görə, həmin adamı federasiyadan çıxardılar. Məni təyin
etdilər. Mən də ki, hələlik federasiyaya təzə girmişəm. Mənim
təcrübəm olduğuna görə, mənə elə gəlir ki, bu işin öhdəsindən
layiqincə gələcəyəm”, – Faiq Məmmədov dedi.
Marneulili idmançı deyir ki, hər gün səhər saat 6-da o, mərkəzi
stadionda məşq edir. Onun bildirdiyinə görə, nə qədər bədənində ruh
var, nə qədər ki, sağlamdır, məşqlərini davam etdirəcək. Yeni döyüş
növünün yaradılmasından danışan Faiq Məmmədov dedi ki, yaxın
vaxtlarda onun təqdimatını da planlaşdırır.
“Yeni döyüş növünün adı Türk Hərbi Döyüş sənətidir.
Onun üzərində işləyirəm. Böyük işlər görmüşəm. Hətta adının
üzərində də çox çalışıram. Tunka adını qoymaq istədik. Dünyaya
tunka kimi tanıtdırdıq. Sonra tunka adından imtina elədik. Ona görə
ki, tun sözünün mənası, qədim türk dilində qaranlıq döyüşçülər
deməkdir. Yəni türklər qaranlıqda vuruşan olmayıbdır. Türklər
qarşı-qarşıya vuruşan olub. Ona görə də o addan imtina etdik. Yaxın
günlərdə tanrının köməkliyi ilə adı hər yerdə yayılacq. Onda sizi
də dəvət edəcəyəm, gələrsiniz”, – Faiq Məmmədov
dedi.
Məmmədov Marneuli meriyasının ona az dəstək olmasından da danışdı.
Bildirdi ki, meriya ona köməklik edir, amma yüksək səviyyədə
deyil.
“Marneuli meriyasından mənim özümün maaşım var. Özüm
maaş alıram. Köməklik edir, amma o səviyyədə deyil. Mən istəyən
səviyyədə yox. Mən dediyim səviyyədə eləmirlər. Yəni mən bu dəqiqə
qalxım bunu etdilər deyim, yox. Fakt göz qabağındadır. Nə
eləyiblər. Yəni “lapa”-lar verdilər, bu yaxınlarda əlcəklər,
“lapa”-lar verdilər. Cüzi miqdarda kömək etdilər”, –
Faiq Məmmədov dedi.
Hər kəsi idmanla məşğul olmağa dəvət edən idmançı gənclərin pis
vərdişlərdən uzaq olmalarını tövsiyə etdi.
“Marneuli cavanlarını, Gürcüstan cavanlarını, hamını
idmana dəvət edirəm, idmanla məşğul olmağa dəvət edirəm.
Çayxanalardan, qəlyanlardan, yəni elə yerlərdən uzaq durmağı təklif
edirəm. Kompüter oyunlarından uzaq durmağa təklif edirəm. Yəni ki,
sağlam bədəndə sağlam ruh olar. Hər bir evdə əsgər olmalıdır, hər
bir evdə bir əsgər böyüməlidir”, – Faiq Məmmədov
dedi.