Gürcüstan hökumətinin qərarı ilə Qardabaninin Qaracalar kəndində
sərt karantin rejimi aradan qaldırılıb.
Kəndə giriş-çıxış bərpa olunub, sakinlərin sərbəst hərəkətinə icazə
verilib.
Qaracalarda əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi
ötən gün yekunlaşdırılıb.
Qeyd edək ki, bu günədək Qardabanidə 71 nəfərdə COVID-19 aşkarlanıb
ki, onların da 42-si Qaracalar sakinidir.
Mənbə: NewsBureau