“Qaracalar kəndində koronavirusun kütləvi yayılması
təhlükəsi yoxdur. Buna görə də kəndə giriş-çıxışın bərpa olunmasına
qərar verilib”.
Bu barədə Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili
jurlanistlərə açıqlamasında bildirib.
O deyib ki, kənddəki epidemioloji vəziyyət qiymətləndirilib:
“Yoluxma halları çox nadir hallarda təsdiqlənir. Gecə
saat 00:00-dan etibarən blokpostlar yığışdırılıb və kənd normal
həyata qayıdıb”.
Qeubernator qeyd edib ki, Qaracalarda 3 600-dan çox şəxs tetsdən
keçirilib və 44 nəfərə koronavirus diaqnozu qoyulub.
Mənbə: NewsBureau