Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, ölkədə
kriminogen vəziyyət sabit olaraq qalır.
Dövlət başçısı bəzi telekanalları manipulyasiyalarda ittiham
edib.
“Gürcüstanda kriminal vəziyyət bəzi telekanalların
göstərmək istədiyi kimi elə də ağır deyil”, –
S.Zurabişvili jurnalistlərə bildirib.
Prezident hesab edir ki, kriminal hadisələrin işıqlandırılması
zamanı bu cür yanaşma gənclərin və onların psixikasına çox pis
təsir edə bilər.
Mənbə: NewsBureau