Koronavirusa yoluxan 259 halın 164-ü Acarıstanda, 43-ü Tblisidə qeydə alınıb
Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Marina Endeladzenin dediyinə görə, koronavirusa yoluxan 259 halın 164-ü Acarıstanda, 43-ü Tblisidə qeydə alınıb.

Onun sözlərinə görə, ölkədə 18 ağır xəstə var, onlardan 8-i Batumi Respublika Xəstəxanasında müalicə olunur.

"259 yeni yoluxma hadisəsindən sonra yoluxanların ümumi sayını 4399 nəfərə yüksəldi. 62 xəstə sağaldı və hazırda sağalanların ümumi sayı 1705 nəfər təşkil edir. Bölgələr üzrə bölüşdürülməsinə gəlincə, 164 yeni hadisənin qeydə alındığı Acarıstan hələ də liderlik edir. Digər bölgələrdə isə Tbilisidə 43, İmeretidə 22 nəfər qeydə alınıb ki, bunlardan 15-i Kutaisidə , 3-ü Tskaltuboda 1-i Terjola və Saçxeredə 2 yeni hal isə Bağdatidə aşkarlanıb. Samegrelo-Zemo Svanetidə 15, Qoridə 1, Marneulidə 1, Mtsxetada 1 yeni yoluxma halı təsdiq edilib, 5 nəfər isə xaricdən gətirilib”, – dəyə Endeladze vurğulayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google