Ruslan Hacıyev deyir ki, seçkilərdən yorulub və istirahətə ehtiyacı var

“Gürcü Arzusu”nun Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi Zaur Darğallının seçkiqabağı görüşlərinə Marneulinin majoritar deputatları Tamaz Naveriani və Ruslan Hacıyev getmir.



“Gürcü Arzusundan” Marneulinin majoritar deputatı Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşlərdə onun iştirak etməməsi Darğallının namizədliyini dəstəkləməməsi demək deyil.

“Uzun zamandır demişəm ki, bu proseslərdə iştirak etmək istəmirəm. Yəqin yorulmuşam, çünki mən beş dəfə qərargah rəhbəri olmuşam və bütün seçkilərdə də yaxşı nəticə olub. Hər şey mənim seçkilərimdən başladı və sonra dörd, beş seçkilərdə qərargah rəhbəri oldum, həmişə qələbə çalırdıq. Ola bilsin yoruldum, bir az istirahət etmək lazımdır”, –
Ruslan Hacıyev dedi.

Hacıyevin sözlərinə görə, parlament tapşırıqlarını dayandırdıqdan sonra onun üçün siyasi proseslərdən tam uzaqlaşmaq çətin olacaq və yenidən “Gürcü Arzusu”nun sıralarında qalacaq.

Ruslan Hacıyev “Gürcü Arzusu”nun proporsional siyahısında ilk iyirmiliyə düşməyib. Hacıyev kimi ilk iyirmiliyə etnik azlıq nümayəndəsi olan digər namizədlər də düşməyib.

“Mənim fikrimcə etnik azərbaycanlılar ya başqaları ikinci iyirmilikdə olacaq”, – Ruslan Hacıyev dedi.

Ruslan Hacıyev 2016-cı il parlament seçkiləri zamanı Gürcüstan parlamentinin üzvü olub.

“Marneuli” radiosu digər majoritar deputat Tamaz Naveriani ilə əlaqə saxlamağa çalışsa da o, bizim zənglərimizə cavab vermədi.

"Marneuli" Radiosu

 

Print