Azərbaycanın Gürcüstandakı səfirliyində xüsusi brifinq keçirildi (VİDEO)
Bu gün, 28 sentyabr tarixində Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrlə bağlı xüsusi brifinq keçirildi. Brifinq zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları barədə mətbuat orqanlarına ətraflı məlumat təqdim etdi.

Müşavir brifinq zamanı bildirdi ki, ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçiblər. Onun sözlərinə görə, Ermənistan ordusunun yaşayış məntəqələrini və mülki obyektləri atəşə tutması nəticəsində Azərbaycanın mülki vətəndaşları arasında ölən və yaralananlar olub, yaşayış evləri atəşə məruz qalıb.

Eldar Bayramovun bildirdiyinə görə, Ermənistan hakimiyyəti dinc sakinləri hədəfə almaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

“Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni hərbi təxribata əl atıb. Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib və bir neçə kəndi işğaldan azad edib. Ordumuz hərbi əməliyyatları davam etdirir və düşmənə ciddi zərbələr vurur. Hazırkı vəziyyət və nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Mətbuat nümayəndələrinə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki fotomateriallar, beynəlxalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri bir sıra qərar və qətnamələrin surəti təqdim olundu.


Print ელ. ფოსტა
FaceBook Twitter Google