İmamquliyevin təbliğat banerini Sadaxlıda dirəklə bərabər söküblər
Bu gün, 28 sentyabr tarixində “Avropalı Gürcüstan”-ın nümayəndələri Sadaxlının mərkəzində partiyanın təbliğat banerlərinin söküldüyünü görüblər. Plakatın bərkidildiyi dirək isə kəsilib.

“Avropalı Gürcüstan”-ın Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi Əhməd İmamquliyev bildirdi ki, onların banerini məqsədyönlü şəkildə söküblər.

“Bu dirəyə bizim dini bayramlarımız olanda banerlər vururdular. İndi heç bir bayram olmadığına görə dirək boş idi və biz plakat vurduq. Bu dirək heç kimin deyil və ən əsası artıq neçə ildir ki, dövlətə aid olan ərazidə durur.
Düşündük ki, təbliğat materialını buraya vuraq. Bu gün gəldik ki, bu dirək kəsilib və bizim təbliğat banerimiz kənara qoyulub. Bu ərazi dövlətindir, özəl mülkiyyət deyil. Bu dirək elektrik dirəyi kimi burada dururdu və bilirik ki, bizim yalnız meriyanın balansında olan elektrik dirəklərinə material vurmaq hüququmuz var, məhz belə düşünərək təbliğat materialını yapışdırdıq."


Əhməd İmamquliyev təbliğat banerini konkret olaraq kimin sökməsi ilə bağlı şübhələndiyi adam yoxdur, ancaq o, bildirdi ki, onların təbliğat materiallarını “Gürcü Arzusu” xarab edir.

Təəssüf ki, “Gürcü Arzusu” bu gün bizim təbliğat materialları, fotolarımızla mübarizə aparır. Şübhəsiz bu “Gürcü Arzusu” nümayəndələrinin işidir. Ona görə ki, bizim uşaqlar buraya baner vuran zaman “Gürcü Arzusu”-nun nümayəndələri gəlib deyirmişlər ki, bu banerin burada durmasına imkan verməyəcəklər. Təəssüf ki, onda video çəkmədik. Bizdə material var, meriyanın nəzarət xidməti bir nəfərə, güman ki, zamanında, 3-4 il bundan əvvəl bu dirəyi qoyan şəxsə məktub yazıb. Məktubda deyilir ki, həmin şəxs dirəyi oradan götürməlidir. Ancaq həmin şəxs cavab verib ki, bu 4 il əvvəl düzəldilib və xalqın istifadəsinə verən zaman niyə demirdilər. “Gürcü Arzusu” tezliklə bitəcək və xalq qələbə çalacaq.”

Əhməd İmamquliyevin sözlərinə görə, meriyanın Nəzarət Xidməti onlara banerin başqa yerə yerləşdirilməsi ilə bağlı bir günlük vaxt verib. Səbəb olaraq isə özünün dediyinə görə, qanunsuz tikili olduğunu bildiriblər. Ancaq o, bunların hamısını şikayət etməyi planlaşdırır.

“Marneuli” radiosu yerli özünüidarədən hələ də məsələ ilə bağlı təfərrüatları öyrənməyə çalışır.

Əhməd İmamquliyev bildirdi ki, dirəyi yenidən öz yerinə bərkidəcəklər.

“Marneuli” radiosu hələ də yerli özünüidarədən Sadaxlının mərkəzindəki dirəyin kəsilməsi ilə bağlı həmin şəxsə məktub yazılıb-yazılmaması barədə məlumat almağa çalışır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google