Britaniyalı jurnalist Neil Vatson APA-nın Britaniya bürosuna
verdiyi açıqlamada azərbaycanlı mülki vətəndaşlara qarşı həyata
keçirilən erməni təcavüzünün insanlığa, insan haqlarına və
beynəlxalq hüquqa zidd hərəkət olduğunu bildirib.
O, qeyd edib ki, bu, dünya liderləri tərəfindən qınanılmalıdır.
“Bunlardan ən faciəlisi isə ikisi kiçik uşaq olmaqla,
beş nəfərlik bir ailənin öldürülməsidir”, - deyə
jurnalist bildirib.
Neil Vatson bildirib ki, Azərbaycan danışıqlar yolu ilə sülhün
bərqərar olması üçün ATƏT-in Minsk Qrupu ilə daim əməkdaşlıq edib:
“
Lakin ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrləri
olan bu qurumda erməni perspektivinə meyllilik müşahidə edilir.
Rusiya isə münaqişənin, həmçinin, mühüm enerji boru kəmərlərinə
yaxın olması səbəbindən bölgədə qeyri-sabitlik yaratmaq
istəyir”, - Vatson qeyd edib.
O, Azərbaycanın 27 ildən sonra Füzuli və Cəbrayıl rayonlarında
səkkiz kəndin azad edilməsi, erməni ordusunun bir neçə mövqeyinin
dağıdılması və Azərbaycan Silahlı Qüvvələrinin mühüm yüksəkliklərdə
nəzarəti ələ keçirməsinin çox şad xəbər olduğunu bildirib:
“Bu, Ermənistana və onun
tərəfdarlarına işğal status-kvonun davam edə bilməyəcəyi barədə
açıq bir mesajdır”.
Mənbə: apa.az