İmamquliyev onların fəalının tir tüfəngi ilə vurulduğunu iddia edir
"Avropalı Gürcüstanın" fəalı tir tüfəngi ilə vurulub. Bu barədə məlumatı partiyanın majoritar deputatlığa namizədi Əhməd İmamquliyev təsdiq etdi və bildirdi ki, hadisə Sadaxlı kəndində partiyanın təbliğat banerini asarkən baş verib.

"Hazırda Marneulinin "Geo Hospitals" klinikasındayıq. Ancaq düşünürük ki, polis binasının qarşısına keçək çünki bizim fəalı oraya aparıblar. Onun vəziyyəti normaldır, amma təəssüf ki, pis hadisə baş verib. Həmin güllə gözünə də dəyə bilərdi. Güllə ayağına dəydi."

Fəalı kimin vurduğunu görməyiblər. Ancaq İmamquliyev baş vermiş hadisədə “Gürcü Arzusu”-nu ittiham edir. Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparır. Həmin maddə sağlamlığa qəsdən yüngül xəsarət vurmanı nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google