Gürcüstanın Birinci Kanalının çəkliş qrupuna da hücum olub [video]
Marneulidə Gürcüstanın Birinci Kanalının çəkiliş qrupuna da hücum olub. Hadisə zamanı avadanlıqlar sındırılıb və operator xəsarət alıb.

Bu barədə məlumatı Birinci Kanal yayıb.

Kanalın jurnalistinin verdiyi xəbərə görə, hadisə "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat" partiyasının fəalları arasında qarşıdurma zamanı baş verib.

Hadisə iştirakçılarının biri Gürcüstanın Birinci Kanalının operatoruna hücum edərək onu döyüb və kameranı sındırıb.

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu hazırda polis tərəfindən dindirilir.


Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google