"Mtavari Arxinin" jurnalisti kəllə-beyin travması alıb.
Bu barədə "Geo Hospitals"-ın kliniki direktoru Tata Şenqelaia
bildirdi və qeyd etdi ki, ola bilsin xəstənin Tbilisiyə
aparılmasına ehtiyac yaransın.
"Mtavari Arxinin" jurnalistinə təxminən bir saat əvvəl hücum
edilib.
"Lelo"-nun Marneuli və Qardabani seçki dairəsindən majoritar
deputatlığa namizədi Murad Muradov "Marneuli" radiosunun canlı
yayımında bildirdi ki, Ceyhun Muhəmmədəlinin başı yarılıb. Onun
sözlərinə görə, təcili tibbi yardım briqadası gec gəlib. Bu
dəqiqələrdə Ceyhunu xəstəxanaya yerləşdiriblər.
Əldə etdiyimiz məlumata görə, Ceyhun Muhəmmədəliyə və “Mtavari
Arxi”-nin operatoruna canlı bağlantıdan sonra hücum ediblər.