Bütün Gürcüstanın Müsəlmanları İdarəsi Makronun çıxışını qınadı

Bütün Gürcüstanın Müsəlmanları İdarəsi Fransa prezidenti Emmanuel Makronun İslam dini ilə bağlı səsləndirdikləri fikirləri qınayıb. Bu barədə idarənin şeyxi Hacı Ramin İgidov “Facebook” səhifəsində paylaşım edib.

Həmin paylaşımı sizə olduğu kimi təqdim edirik.

“Fransa prezidenti Emmanuel Makronun Hz. Məhəmməd (s) peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və Hz. Peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələri kimi Gürcüstanda yaşayan müsəlmanların da narahatçılığına səbəb olub.

Gürcüstanın ruhaniləri hesab edir ki, belə İslam düşmənliyindən xəbər verən məsuliyyətsiz rəftar dinlərarası münasibətlərin, tolerantlığın sarsılmasına və İslamafobiyanın yayılmasına səbəb olacaqdır.

Radikal dinçiləri bəhanə edərək milyonlarla müsəlmanın müqəddəs şəxsiyyətinin, sevgili peyğəmbərinin təhqirinə izn vermək bütün İslam ümmətini hörmətsizlik deməkdir.

Onun "İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir" deməsini də əsassız bir ittiham hesab edir, qətiyyətlə pisləyirik.”

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google