Laqodexidə iki dükan qarət edilib – Pul köçürmə aparatı, şirniyyat, siqaret götürülüb
Laqodexi Bələdiyyəsinin Tsodniskari kəndində iki ərzaq mağazası qarət edilib.
Sürətli pul köçürmə aparatı, ərzaq, şirniyyat, tütün məhsulları və spirtli içkilər oğurlanıb.

Kriminalist mütəxəssislər dükan sahiblərinin ifadəsini alıblar. Mağazalardan birinin sahibi soyğunçunun binaya əsas qapıdan girdiyini deyib.

Hələlik heç kəs saxlanılmayıb.

Əlavə olaraq xatırladaq ki:

• 23 oktyabr tarixində iki nəfər Zviad Tsikolianın dükanını qarət etməyə çalışmışdı.
• 17 oktyabrda Kutaisidə "Magnit" mağazalar şəbəkəsinin filiallarından biri qarət edilib.
• 13 oktyabr səhəri Qardabani bələdiyyəsinin Qaracalar kəndində bir ərzaq mağazasının divarı dağıdılmış və qarət edilmişdi.
• Oktyabrın 2-də Çxorotskunun mərkəzində 2 mağaza qarət edilmişdi. Onlardan biri polis binasından təqribən 100 metr, digəri 200 metr məsafədə yerləşir.

Mənbə: mtavari.tv
Print