Gürcüstan hökuməti: Məhdudiyyətlər olmayacaq
Gürcüstanda koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkədə sistematik məhdudiyyətlər tətbiq olunmayacaq.

Bu barədə Hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, yoluxma hallarında artımın davam edəcəyi gözlənilir: “Tibbi maska taxmaq və sosial məsafə saxlamaq kimi adi qaydalara riayət etmək çox vacibdir”.

Hökumət rəsmisi qeyd edib ki, ölkədə virusa adaptasiya strategiyası davam etdirilir və epidemioloji vəziyyətdən asılı olaraq lokal məhdududlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google