Amiran Qamkrelidze – "Qırmızı Zona"-ya keçdik
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, son 24 saat ərzində ölən 14 xəstənin hamsının ən azı 61 yaşı var idi.

Bununla belə, onun hökumət administtrasiyasındakı brifinqdə qeyd etdiyinə görə, ümumiyyətlə, ölkədə koronavirusdan ölən xəstələrin əksəriyyətinin xroniki xəstəlikləri olub.

Bundan əlavə, Amiran Qamkrelidze "qırmızı zona"-ya keçməyin nə demək olduğunu izah edib və yalnız "nöqtəvi" məhdudiyyətlərin olacağını vurğulayıb.

"Daxili iş üçün "dörd rəngli işıqfordan" istifadə edirik. Son iki həftənin ortalamasını hər 100 000 vətəndaşa düşən yoluxma hallarının sayına görə hesablayırıq. İndi "qırmızı zonaya" keçdik. Bu rənglərə görə neçə yatağın lazım olduğuna, nə qədər həkimin işə cəlb olunduğuna, hansı ləvazimatlara sahib olmağımıza və s. baxırıq. "Sarı" və "narıncı" zonalara keçdiyimiz zaman, bilirsiniz, Acarıstanda məhdudiyyətlər tətbiq etdik, bir neçə şəhərdəki restoranlar saat 22:00-dan etibarən bağlandı və s. Yalnız "nöqtəvi" məhdudiyyətlər olacaq, tam "bağlanma" olmayacaq",
– deyə Qamkrelidze bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google