Milli Ekologiya Agentliyinin məlumatına görə, 26-30 oktyabr
tarixlərində Gürcüstanın qərbində isti və yağmursuz hava şəraiti
davam edəcək.
Havanın temperaturu +25, +30 dərəcə olacaq.
28-29 oktyabr tarixlərində Şərqi Gürcüstanın bəzi yerlərində zəif
yağış və duman müşahidə oluna bilər, qalan günlərdə isə əsasən
yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +19, +24
dərəcə olacaq. 31 oktyabrda Gürcüstanın bəzi bölgələrində yağış
yağacaq.
26-27 və 29-31 oktyabr tarixlərində Tbilisidə yağış gözlənilmir,
havanın temperaturu +22, +24 dərəcə olacaq. Oktyabrın 28-də az
miqdarda yağış yağacağı və duman olacağı, temperaturun +18 dərəcəyə
enəcəyi gözlənilir.
Mənbə: rustavi2.ge